"Qarabağ" 47 top fərqilə qalib gəldi
Qadın həndbolçular arasında Azərbaycan çempionatında daha iki - 7 və 8-ci turların görüşləri keçirilib.
mediasport.az xəbər verir ki, 7-ci turun açılış oyunu çərçivəsində son çempion "Azəryol" "U-16"nı aşkar və böyük fərqlə üstələyərək darmadağın edib - 51:13.
“Azərsu” - "Qarabağ” görüşündə də darmadağın qeydə alınıb, nominal qonaqlar böyük fərqlə qalib gəliblər - 59:12.
8-ci turda da favoritlər rəqiblərinə qalib şans tanımayıblar. "Qarabağ" "Azərsu" kollektivini bu dəfə 54:15, "Azəryol" isə "U-16"nı 50:17 hesabı ilə üstələyib.
Aktivinə 18-ci xalı yazdıran "Azəryol" çempionatın vahid lideridir. "İdman Akademiyası" ilə “Qarabağ”ın hərəyə 12 xalı var. "Azərsu" 6 xalla 4-cüdür. "U-16" hələ də xal qazana bilməyib.
Növbəti turun oyunları yanvarın 21-də oynanılacaq.