"Azərreyl" cavab oyununa çıxır

"Azərreyl" cavab oyununa çıxır

Çağırış Kubokunda mübarizəyə 1/32 finaldan başlayan "Azərreyl" bu gün cavab qarşılaşmasını keçirəcək.

mediasport.az xəbər verir ki, "Slaviya"ya ilk oyun çərçivəsində dünən 3:1 hesabı ilə qalib gələn təmsilçimiz Slovakiya təmsilçisi ilə cavab matçını da Bakıda oynayacaq.

Dərnəgül Voleybol Mərkəzində keçiriləcək duel Bakı vaxtilə saat 18:00-da başlanacaq.