"Murov" Xorvatiya klubuna qarşı

"Murov" Xorvatiya klubuna qarşı

Kişilərdən ibarət "Murov" voleybol klubu bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq.

mediasport.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gələcək.

Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma saat 18:00-da başlayacaq. Görüşdə Xorvatiya təmsilçisi nominal meydan sahibi olacaq. Cavab oyunu sabah baş tutacaq.


Çağırış Kuboku. 1/32 final mərhələsi. İlk oyun

18:00. “Kitro Varazdin” (Xorvatiya) - “Murov” (Azərbaycan)

Bakı. Dərnəgül Voleybol Mərkəzi