"Gəncə" klubu heyətini braziliyalı Ferreyra Perotto ilə gücləndirdi
Qadınlardan ibarət "Gəncə" voleybol klubu heyətinə braziliyalı oyunçu qatıb.
Mediasport.az xəbər verir ki, komanda son klubu İsveçdə "Halmstad" olmuş Kerolayn Ferreyra Perotto ilə 1 illik müqavilə bağlayıb.
Cənubi amerikalı daha əvvəl Tunisdə “Esperansa", CSS, Peruda “Çirkolo” klublarının şərəfini qoruyub.
Perotto vətənində "Brasilia Voley”, UPIS, “Pineyroş", və “ADC Bradesko” komandalarında da çıxış edib.