Gəncə klubundan növbəti transfer

Gəncə klubundan növbəti transfer

“Gəncə” voleybol klubu heyətini əcnəbi oyunçu ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, qərb təmsilçisi rusiyalı voleybolçu Anastasiya Atepalina ilə birillik müqavilə imzalayıb.

O, ötən mövsümü Fransanın “Argentye 95” klubunda keçirib.

Daha əvvəl Albaniyanın “Tirana” və “Skenderbeu”, Rusiyanın “Lokomotiv Anqara” və “Yaroslavna TMZ” komandalarının şərəfini qoruyub.

Qərb təmsilçisi daha əvvəl Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva və Xanım Cəlilovanı heyətinə qatıb.