"Bu, gələcəkdə milli komandanın formalaşması üçün önəmlidir"

"Bu, gələcəkdə milli komandanın formalaşması üçün önəmlidir"

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında iştirak edib.

Mediasport.az xəbər verir ki, o, öncə federasiya baş verən dəyişiklikdən sonra qısa zaman kəsiyində çoxlu işlər görüldüyünü deyib.

Qayıbov daha sonra bölgələrdə mübarizə aparan voleybolçuların seçildiyini diqqətə çatdırıb:

"Bu, gələcəkdə milli komandanın formalaşması üçün önəmlidir. 2023-cü il bizim üçün uğurlu idi. 30 ildən sonra Xankəndiyə qayıtdıq. Oradakı futbol oyunu ən vacib idman tədbiri idi. Qarşıdakı bayramlarınızı da təbrik edirəm. Yeni ilə yaxşı nəticələrlə gedirik".