"Murov"dan növbəti qələbə

"Murov"dan növbəti qələbə

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2023-cü ilin ilk oyunu  keçirilib. 

mediasport.az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan görüşdə MOİK iddialı “Murov”la üz-üzə gəlib. II tur çərçivəsində təşkil olunan qarşılaşmanın ilk setini 25:15 hesablı üstünlüklə bitirən Fərid Cəlalovun yetirmələri ikinci hissəni 14 top fərqi ilə qazanıblar. “Murov” üçüncü setdə isə 25:17 hesabı ilə qalib gələrək rəqibini 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, bu oyundan sonra aktivindəki xalların sayını 6-ya çatdıran “Murov” turnir cədvəlində ilk pilləyə yüksəlib. 3 xalla “Xarı bülbül” turnir cədvəlində 2-ci , xal qazanmayan “Neftçi” və MOİK komandaları isə 3-cü və 4-cü pillələri tuturlar.