Musa bu dəfə də sifariş olunmadı, komandası səfərdə xalsız qaldı

Musa bu dəfə də sifariş olunmadı, komandası səfərdə xalsız qaldı

İsveç çempionatında 4-cü turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” AİK-in qonağı olub.

22 yaşlı forvardın adı görüşün iştirak ərizəsinə salınmayıb. Stokholmdakı qarşılaşma AİK-in qələbəsilə yekunlaşıb - 2:0.

"Yurqorden" 7 xalla 3-cü pillədə qalıb.

Xatırladaq ki, əsas heyətə düşməyə çətinlik çəkən yığmamızın forvardı ötən matçda da "23-lük"dən kənarda qalmışdı.