Musa Qurbanlı "Qarabağ"da!

Musa Qurbanlı "Qarabağ"da!

"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

Mediasport.az xəbər verir ki, Ağdam klubu hücumçu Musa Qurbanlını heyətinə cəlb edib.

22 yaşlı forvard arasında üç illik müqavilə imzalanıb.

İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər son çempionun heyətində çıxış edəcək.

Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb.

O, 2019-2020-ci illərdə komandanın formasını geyinib.

Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib.

Musa 2021-ci ilin iyunundan 2023-cü ilin yayına qədər "Qarabağ"ın uğurları üçün çalışıb.

Qeyd edək ki, Qurbanlı Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.