Müşahidə Şurasından "Neftçi"də İLK İSLAHAT - Rəhbər göndərildi
“Neftçi”nin yeni formalaşmış Müşahidə Şurası islahatlara start verib.
Mediasport.az xəbər verir ki, Cenk Sümeri icraçı direktor, ukraynalı Roman Qriqorçuku isə baş məşqçi postuna gətirən rəhbərliyin ilk "əməliyyat"ı akademiya ilə bağlı olub.
Belə ki, 2022-ci ildən akademiyanın direktoru postunu tutan Camal Bülbüllə yollar ayrılıb.
37 yaşlı türkiyəli ilə başa çatan müqavilə yenilənməyib.
Xatırladaq ki, Türkiyədə bir çox klubda işləmiş Bülbül UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.