"Sabah" liderliyə yüksəldi, pley-offa vəsiqə qazananlar rəsmiləşdi

"Sabah" liderliyə yüksəldi, pley-offa vəsiqə qazananlar rəsmiləşdi

Azərbaycan Basketbol Liqasında 26-cı tura bu gün yekun vurulacaq.

mediasport.az xəbər verir ki, dünən keçirilmiş görüşlərdə əvvəlcə çempionatın liderləri – “Sabah” və NTD komandaları qarşılaşıblar.

Kifayə qədər gərgin və maraqlı keçən matçda qələbəni "Sabah" qazanıb. 75:70 hesablı qalibiyyət komandanı birinci pilləyə yüksəldib. Eyni xala malik NTD 2-ci yerə düşüb.

Oyunda ən məhsuldar basketbolçular “Sabah”dan Entoni Patti (17 xal, 12 ribaund), NTD-dən isə Londel Kinq (23 xal, 10 ribaund) olublar.

"AAAF Xırdalan" və "Sərhədçi" basketbolçularının duelini birincilər qələbə ilə başa vurublar - 96:89. Beləliklə, "AAAF Xırdalan" pley-off mərhələsinə vəsiqəni təmin edib. Qarşılaşmada ən məhsuldar basketbolçular "AAAF Xırdalan"da Devin Pullum (27 xal, 3 ribaund), "Sərhədçi"də isə Trevor Blekmon (27 xal, 9 ribaund) seçiliblər.

Turun "Neftçi" İK - "Gəncə" komandalarını qarşıdurmasında isə 1 xallıq fərqlə sevinən tərəf bölgə təmsilçisi olub. Turun son görüşü bu gün Astara təmsilçisi "Zirvə" ilə "Olimpik (Şəki) arasında olacaq.

Qeydə alınan nəticələrdən sonra "Sabah", NTD, "Gəncə" və "AAAF Xırdalan" pley-off mərhələsinə vəsiqə qazanıblar.

Sabah BK
26 19 7 2116:1968 (+145) 45
NTD BK
26 19 7 2326:2105 (+221) 45
Gəncə BK
26 18 8 2238:2119 (+119) 44
AAAF Xırdalan BK
26 17 9 2262:2171 (+91) 43
Sərhədçi PİK
26 14 12 2231:2152 (+79) 40
Neftçi İK
26 9 17 2098:2149 (-51) 35
Zirve Astara BK
25 5 20 2082:2261 (-179) 30
Olimpik Şəki BK
25 2 23 1923:2351 (-428) 27