Azərbaycan çempionatının bürünc medallarını "Neftçi" qazandı

Azərbaycan çempionatının bürünc medallarını "Neftçi" qazandı

Kişi voleybolçular arasında Azərbaycan çempionatında bürünc medalın sahibi müəyyənləşib 

Mediasport.az xəbər verir ki, qalib "Neftçi" olub.

"Ağ-qaralar" üçüncü yer uğrunda görüşdə MOİK-ə qalib gəlib - 3:0 (25:11, 25:15, 25:13).

Final qarşılaşması isə aprelin 22-də təşkil olunacaq.

Həlledici matçda “Azərreyl” və “Murov Az Terminal” qarşılaşacaq