Orucunu açan milli futbolçumuzun qardaşı ələ salındı - VİDEO
Futbol üzrə Niderland Kubokunun yarımfinal qarşılaşması çərçivəsində dünən keçirilmiş “Feyenoord” – “Ayaks” (1:2) matçında xoşagəlməz hal yaşanıb.
mediasport.az xəbər verir ki, “Feyenoord”un türkiyəli kapitanı Orkun Kökçünün oyun zamanı orucunu açması qonaq komandanın Duşan Tadiçi qıcıqlandırıb.
O, Orkunun oruc açmasını ələ salaraq kənarda qida qəbul etməsinə gülüb. Məhz bundan sonra da ardıcıl bir neçə dəfə Kökçüyə qarşı kobudluq edib. Nəticədə qıcıqlandırıcı hərəkətləri ilə seçilən serbiyalı yarımmüdafiəçi ilə Kökçü arasında insident yaşanıb.
Tərəfləri hakimlər və komanda yoldaşlarının müdaxiləsindən sonra sakitləşdirmək mümkün olub.
Orkun futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün qardaşıdır.