"Turan Tovuz" Azərbaycan Premyer Liqasında mövsümün lideri oldu
Azərbaycan Premyer Liqasında ev oyunlarına ən çox azarkeş gələn klubların siyahısı açıqlanıb.
Mediasport.az xəbər verir ki, sıralamaya "Turan Tovuz" başçılıq edir.
Qərb təmsilçisinin ev matçlarını mövsümdə 73900 nəfər izləyib. Bu, orta hesabla hər qarşılaşmaya 4106 azarkeş deməkdir.
"Sumqayıt" 51516 azarekşlə ikinci pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisinin hər ev matçında stadionda orta hesabla 2862 nəfər olub.
3-cü yeri 31321 nəfərlə "Neftçi" tutur. "Ağ-qaralar"ın ev oyunlarında orta hesabla 1740 azarkeş yer alıb.