"Neftçi"nin avtobusu qəzaya düşüb

"Neftçi"nin avtobusu qəzaya düşüb

Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunun Qəbələ səfəri üçün yola düşən “Neftçi”nin əsas komandasını daşıyan avtobus bu gün qəzayü düşüb.

Mediasport.az xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qara rəngli “Hyundai” markalı avtomobilin ehtiyatsızlığı səbəbindən baş verib.

Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, “Qəbələ" - "Neftçi" oyunu noyabrın 5-də keçiriləcək və saat 16:00-da başlanacaq.