"Neftçi"nin keçmiş baş məşqçisi Rusiya futbolçularını aşağıladı

"Neftçi"nin keçmiş baş məşqçisi Rusiya futbolçularını aşağıladı

2007/2008-ci illər mövsümündə "Neftçi"nin baş məşqçisi olmuş Vlastimil Petrjela Rusiya mətbuatına qalmaqallı açıqlama verib.

MediaSport.az xəbər verir ki, 70 yaşlı çexiyalı mütəxəssis bu ölkənin futbolçularını aşağılayacaq ifadələr işlədib.

Petrjela təhqiramiz fikirlərini Rusiyanın Ukraynaya qarşı apardığı hərbi təcavüzlə əlaqələndirib: "Çexiya vətəndaşları, məsələn, sizin milli komandanızın əsas futbolçusu Artyom Zübanın kim olduğunu bilmirlər. Nəinki o, ümumiyyətlə, heç bir rus futbolçu tək Çexiyada da yox, Avropanın istənilən ölkəsində belə, kiməsə maraqlı deyil. Siz artıq heç kimə maraqlı gəlmirsiz. Əminəm ki, belə də davam edəcək. Buna səbəb ölkənizin apardığı işğaçlı siyasətidir".

Qeyd edək ki, "Neftçi" Rusiyada təşkil edilmiş "Kubok Parı Premyer" turnirində iştirak edir və 2 gün əvvəl məhz Petrjelanın keçmiş klubuna 1:3 hesabı ilə məğlub olub. Vlastimil Sankt-Peterburq təmsilçisini 2002/2006-cı illərdə çalışdırıb.


Ayxan