Renat məhsuldar ötürmə etsə də, komandası məğlubiyyətlə üzləşdi

Renat məhsuldar ötürmə etsə də, komandası məğlubiyyətlə üzləşdi

Legioner həyatı yaşayan Azərbaycan millisinin daha 3 oyunçusu klub futbolunda növbəti oyunlarına çıxıblar.

Mediasport.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Fatih Karagümrük"lə qarşılaşıb.

Millimizin hücumçusu oyuna start heyətdə başlayıb, sona qədər oynayıb və komandasının 2-ci qolunun məhsuldar ötürmə müəllifi olub.

Cəlal Hüseynovlu "Arda" Bolqarıstan çempionatında "Çerno More"nin qonağı olub. U-21 millimizin üzvü 69-cu dəqiqədə meydana çıxıb.

Emil Mustafayevin uğurları üçün çalışdığı "Polessye" evdə "Veres-Rivne"ni sınağa çəkib. Azərbaycanlı futbolçunun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

Türkiyə 1-ci Liqası. 5-ci tur

"Fatih Karagümrük" - "Ankaragücü" 3:2

Bolqarıstan Parva Liqası. 12-ci tur

"Çerno More" - "Arda" 1:1



Ukrayna Premyer Liqası. 6-cı tur

"Polessye" - "Veres-Rivne" 2:1



Rövşən ƏLİSOY