Nikaraqua millisinin vingeri Azərbaycandan təklif alıb

Nikaraqua millisinin vingeri Azərbaycandan təklif alıb

Nikaraqua milli komandası və “Esteli” klubunun futbolçusu Vidman Talavera karyerasını ölkəmizdə davam etdirə bilər.

Mediasport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi adı açıqlanmayan Azərbaycan Premyer Liqası klubundan dəvət alıb.

Məlumata görə, istedadlı vingeri Misir klubları da transfer etmək istəyir.

2022-ci ildən yığma komandada çıxış edən Talavera 9 oyun keçirib, 1 qol vurub.

Sol cinah futbolçusu Mərkəzi Amerika klubunda 43 matçda 5 dəfə fərqlənib.