“Offside” radioda yayıma başlayır
Azərbaycanda geniş idman auditoriyasına malik "Offside" şəbəkəsi bu gündən "Sağlam Radio 93FM"də yayıma başlayır.
Mediasport.az xəbər verir ki, "Offside" radio verilişi həftəiçi beş gün, 14:00-dan 15:00-dək efirdə olacaq.
Verilişin məqsədi Azərbaycanda və xaricdə baş verən ən vacib idman hadisələrini, yenilikləri auditoriyanın diqqətinə çatdırmaqdır.
Yerli və xarici idman sferasında baş verən maraqlı xəbərlər, mübahisəli hakim qərarları, müxtəlif çempionatların təhlili həftəiçi hər gün canlı yayımda təcrübəli mütəxəssislər və qonaqlarla birgə müzakirə olunacaq.
"Offside" verilişini "Sağlam Radio - 93FM"də dinləmək, həmçinin "Offside"ın sosial media kanalları vasitəsilə canlı izləmək mümkün olacaq.