Ölkə çempionatı başlanıb
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunda keçirilən karate üzrə Azərbaycan çempionatına start verilib.
Mediasport.az xəbər verir ki, 600-ə yaxın idmançının iştirak etdiyi yarışın ilk günü böyüklər, gənclər və yeniyetmələr mübarizə aparıblar.
Para karate, kata və kumite növlərində təsnifat görüşləri yekunlaşandan sonra çempionatın rəsmi açılış mərasimi baş tutub. Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev iştirakçılara uğurlar arzulayıb.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov karatenin ölkəmizdə inkişaf etdiyini vurğulayıb.
Yarışın rəsmiləri arasında Federasiyanın vitse-prezidentləri Füzuli Musayev, Rəhman Hətəmov və Federasiyanın idarə heyətinin üzvləri yer alıblar.
Açılış mərasimindən sonra ilk yarış gününün final qarşılaşmaları baş tutub.
50-yə yaxın komandanın iştirak etdiyi ölkə çempionatı 3 gün davam edəcək.