Millimizin heyəti açıqlanıb
Gürcüstan və Türkiyədə keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, yığmamız ilk olaraq martın 22-24-də Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq yarışa qatılacaq.
Komandamızın heyətində 16 cüdoçu qüvvəsini sınayacaq. Onlardan 5-i qadın, 11-i kişidir:
Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Açelya Toprak, Fidan Əlizadə (hər ikisi 57 kq), Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), İbrahim Əliyev (73 kq), Məhərrəm İmamverdiyev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq).
Türkiyənin Antalya şəhərindəki turnir martın 29-31-i aralığında təşkil olunacaq. Milliizin heyətində 9 kişi cüdoçunun iştirakı təsdiqlənib:
Ruslan Paşayev (66 kq), Uşanqi Kokauri və Camal Qamzatxanovun (hər ikisi +100 kq) Tbilisidən sonra Antalyada da çıxışları planlaşdırılır. Onlarla yanaşı, Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Vüsal Qələndərzadə (81 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq) və Zelim Kotsoyev (100 kq).