Ölkə çempionatının proqramı açıqlanıb
15-17 dekabr tarixlərində cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının keçiriləcəyi haqda xəbər vermişdik.
Mediasport.az xəbər verir ki, yarışın ilk günündə qadınlar arasında -48 kq. və -63 kq. çəkilərdə, kişilər arasında -60 kq. və -81 kq. çəkilərdə mübarizə start götürəcək.
Çempionatın ikinci günündə qadınlar arasında -52 kq. və -70 kq., kişilər arasında -66 kq. və -90 kq. çəkilərdə, sonuncu günündə isə qadınlar arasında -57 kq., -78 kq. və +78 kq., kişilər arasında -73 kq., -100 kq. və +100 kq. çəkilərdə qaliblərin adları bəlli olacaq.