DÇ-dən daha bir medal gəldi
Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında medal qazanıb.
Mediasport.az xəbər verir ki, 73 kiloqramda mübarizə aparan Süleyman Şükürov bürünc medal uğrunda görüşdə serbiyalı Boqdan Veliçkoviçə qalib gələrək bürün medala yiyələnib.
Kamilla Toholiyeva (63 kiloqram) isə yarışı medalsız başa vurub.
Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Nihad Məmişov (50 kiloqram) və Xədicə Qədəşova (52 kiloqram) qızıl, Məhəmməd Məmişov (50 kiloqram), Məhəmməd Musayev (60 kiloqram) və Əbil Yusubov (66 kiloqram) gümüş, Mirxaliq İskəndərov (55 kiloqram) isə bürünc medal qazanıb.