Ölkəmiz Dünya çempionatında iki gimnastla təmsil olunacaq

Ölkəmiz Dünya çempionatında iki gimnastla təmsil olunacaq

Sabah Bolqarıstanın paytaxtı Sofiyada batut gimnastikası və tamblinq üzrə Dünya çempionatı start götürəcək.

mediasport.az xəbər verir ki, ölkəmizi batut yarışlarında bu Dünya Kubokunun qalibi Selcan Mahsudova təmsil edəcək.

Tamblinqdə isə ötən il Dünya çempionatında gümüş medal qazanmış Mixail Malkin qüvvəsini sınayacaq.