Azərbaycan yığmasının üzvü Belçikada bürünc medal qazandı
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Belçikanın Spa şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində medal qazanıb.
Mediasport.az xəbər verir ki, yığmamızın üzvü məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə qatıldığı yarışın qrup mərhələsində Fransa, Belçika, Portuqaliya və Ukrayna idmançılarına 3:0 hesabı ilə qalib gələrək pley-offa lider kimi yüksəlib.
1/8 finalda belçikalı Noa Varranda 3:1, ardınca ispaniyalı Ladimir Mayorova 3:2 hesabı ilə qalib gələn Quluzadə yarımfinalda fransalı Nolan Constona 2:3 hesabı ilə uduzaraq turnirin bürünc medalı ilə kifayətlənib.
Qeyd edək ki, bu, idmançının cari ildə beynəlxalq yarışlarda qazandığı 6-cı mükafatdır.