Yığma komandamız İsveçə yollanıb
Stolüstü tennis üzrə Azərbaycan milli komandası Avropa çempionatında iştirak üçün İsveçin Malmö şəhərinə yollanıb.
Mediasport.az xəbər verir ki, 12-21 iyul tarixlərində baş tutacaq turnirdə ölkəmizi 19 yaşlılar arasında Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Xədicə Əbilzadə, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Elşən Hüseynov, 15 yaşlılarda isə Şəbnəm Mansurova, Yağmur Məmmədli, Onur Quluzadə və Tunar Bağırov təmsil edəcəklər.
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Mikayılov oyunlarda söz sahibi olacaq.