"Oyundan əvvəl 1 xal qazanacağımızı desəydilər, dərhal razılaşardıq"
Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Bakıda "Frayburq"un vurduğu yeganə qolun müəllifi Nils Petersen Almaniya mətbuatına açıqlama verib.
mediasport.az xəbər verir ki, penaltidən fərqlənən 34 yaşlı almaniyalı forvard 1:1 hesabının ədalətli nəticə olduğunu deyib.
Görüşün çətin keçdiyini diqqətə çatdıran Petersen son dəqiqələrdə qol buraxmağın üzücü olduğunu bildirib: "Ancaq düzünü deməyə qalsa, "Qarabağ" layiqli oyun göstərdi. Ona görə hesabı ədalətli sayıram. Əslində hər şeyin belə ola biləcəyini gözləyirdik. Çünki heyətdə xeyli rotasiya etmişdik. Bəlkə da oyundan öncə 1 xal qazanacağımızı desəydilər, dərhal razılaşardıq".