Debütant Gəncə təmsilçisi ölkə çempionunu qəbul edəcək
Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2-ci turun oyunlarının təqvimi açıqlanıb.
Mediasport.az xəbər verir ki, matçlar noyabrın 25-də Bakı və Gəncədə keçiriləcək.
Ev oyunlarını Gəncə Olimpiya İdman Kompleksində keçirən “Gəncə”nin bu dəfə qonağı “Azərreyl” olacaq. Görüş saat 18:00-da başlanacaq.
Həmin gün Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində iki görüş baş tutacaq.
Əvvəlcə saat 15:00-da “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları meydançaya çıxacaqlar. Saat 18:00-da isə “Abşeron”la UNEC üz-üzə gələcəklər.