Patrik Andradeli Kapo Verde millisi səfərdə Misir yığması ilə qarşılaşır

Patrik Andradeli Kapo Verde millisi səfərdə Misir yığması ilə qarşılaşır

Afrika Millətlər Kubokunun (AFCON 2025) seçmə mərhələsi oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, üçüncü oyun günündə 10 qarşılaşma baş tutacaq.

"Qarabağ"ın legioneri Patrik Andradenin komandası Kapo Verdi Misirin qonağı olacaq.

Xatırladaq ki, 35-ci Afrika Millətlər Kuboku 21 dekabr (2025) - 18 yanvar (2026) aralığında Mərakeşdə keçiriləcək.

Afrika Millətlər Kuboku üzrə seçmələr. Qrup mərhələsi

6 sentyabr

B qrupu

22:00 Mərakeş - Qabon

C qrupu

23:00 Misir - Kapo Verde

E qrupu

20:00 Toqo - Liberiya

G qrupu

20:00 Sierra Leone - Çad

23:00 Fil Dişi Sahili - Zambiya

H qrupu

20:00 Konqo - Qvineya

I qrupu

23:00 Mali - Mozambik

J qrupu

17:00 Kenya - Zimbabve

K qrupu

20:00 Cənubi Afrika - Uqanda

L qrupu

23:00 Seneqal - Burkina Faso