Rövlan "Sumqayıt"ın tarixinə düşdü
Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən "Araz Naxçıvan" - “Sumqayıt” qarşılaşması qonaqlar üçün əlamətdar olub.
Mediasport.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan görüşdə Rövlan Muradovun rəqib qapısından keçirdiyi top Sumqayıt təmsilçisinin ölkə çempionatlarında 350-ci qolu olub.
Qeyd edək ki, “Sumqayıt”ın ilk qoluna 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər matçında Eşqin Quliyev imza atıb.