Püşk atıldı: Şuşa komandası 1/32 finalda "Spartak"la qarşılaşacaq
Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan klublarının Çağırış Kubokundakı rəqibləri müəyyənləşib.
MediaSport.az xəbər verir ki, kişilərdən ibarət "Xarı Bülbül" klubu 1/32 final mərhələsində Slovakiyanın "Spartak" (Miyava) kollektivi ilə qarşılaşacaq.
Şuşa təmsilçisi ilk matçını evdə keçirəcək. Bu raundun birinci görüşləri 24-26 oktyabrda, cavab oyunları 31 oktyabr-2 noyabrda təşkil olunacaq.
Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu isə 1/32 finalda Ukraynanın "Balta" komandası ilə üz-üzə gələcək. Təmsilçimizin ilk sınağı doğma meydanda olacaq.
Raundun birinci qarşılaşmaları 10-12 oktyabrda, cavab görüşləri 17-19 oktyabr tarixlərində oynanılacaq.