Federasiyanın şöbə müdiri Çempionlar Liqasına təyinat aldı
Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman Çempionlar Liqasına təyinat alıb.
mediasport.az xəbər verir ki, CEV-in Avropa İdarə Təşkilatı Komissiyasının üzvü C qrupunun “Srvena Zvezda” (Serbiya) – “Potsdam” (Almaniya) oyununda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qarşılaşma bu gün Belqradın “Vojdovas” İdman Mərkəzində keçiriləcək. Görüşün hakimləri makedoniyalı Sanya Simonovska və yunanıstanlı Vasileios Vasileyadis olacaqlar.