AÇ-də qadın millimizdən FİASKO: 5 boksçumuzun 5-i də medalsız qaldı

AÇ-də qadın millimizdən FİASKO: 5 boksçumuzun 5-i də medalsız qaldı

Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, ölkəmizi qitə birinciliyində təmsil edən 5 qadın idmançımız 1/4 final döyüşlərini keçirib.

Uğursuz çıxışla yadda qalan təmsilçilərimizin hamısı məğlub olub.

Bu gün qitə çempionatında kişilərin mübarizəsində Sərxan Əliyev (71 kq) rinqə çıxacaq.

Qeyd edək ki, aprelin 29-da başa çatacaq Avropa çempionatında Azərbaycan hələlik bir medalı qarantiləyib.

Dünya çempionumuz Alfonso Dominges (92 kq) yarımfinala adlamaqla buna nail olub.

Kubalı legionerimiz aprelin 25-də finala çıxmaq üçün yarışacaq.


Avropa çempionatı. Qadınlar. 1/4 final


48 kq. Anaxanım İsmayılova - Sevda Yuliyanova (Bolqarıstan) 0:5

50 kq. Marjona Savriyeva - Nina Radovanoviç (Serbiya) 1:4

52 kq. Zeynəb Rəhimova - Venelina Poptoleva (Bolqarıstan) 0:5

57 kq. Məhsəti Həmzəyeva - Svetlana Kamenova (Bolqarıstan) 0:5

66 kq. Şəhla Allahverdiyeva - Milena Matoviç (Serbiya) 0:5