Ərəbistan klubuna keçən Mikels "Sabah"ı yaddan çıxardı - FOTO

Ərəbistan klubuna keçən Mikels "Sabah"ı yaddan çıxardı - FOTO

"Sabah"dan qalmaqallı şəkildə ayrılaraq Səudiyyə Ərəbistanına yollanan Coy-Lens Mikels yeni komandası ilə bağlı paylaşım edib.

mediasport.az xəbər verir ki, almaniyalı futbolçu "Əl-Faysalı"dakı məqsədlərindən, gözləntilərindən yazıb.

31 yaşlı forvard sabiq komandası "Sabah" haqqında 1 cümlə də paylaşmayıb.

"Yeni evim. Bu heyrətamiz kluba qoşulmaqdan və bir neçə gündən sonra debüt edəcəyim üçün çox xoşbəxtəm. Hiss edirəm ki, bu mövsüm birlikdə böyük nailiyyətlər əldə edə bilərik. Mənə və ailəmə güvənən "Əl-Faysalı" klubunun idarə heyətinə və mənə kömək edən insanlara, sövdələşməni mümkün edən insanlara, agentliyə xüsusi təşəkkürlər".

Xatırladaq ki, 2021-ci ildən Masazır klubunda forma geyinmiş Mikels 1-ci Liqa təmsilçisi ilə 2 illik müqaviləyə qol çəkib.