Qarabağ bölgəsini daha bir futbol klubu təmsil edəcək - FOTOLAR

Qarabağ bölgəsini daha bir futbol klubu təmsil edəcək - FOTOLAR

Futbol üzrə Azərbaycan Region Liqasının 2023/2024-cü illər mövsümündə bir neçə yeni komanda iştirak edəcək.

Mediasport.az xəbər verir ki, yarışda debüt edəcək kollektivlərdən biri “Xanlıq” olacaq.

Yeni yaradılmış klub Qubadlı rayonunu təmsil edəcək.

Qarabağ zonası təmsilçisi ilə yanaşı, Hacıqabul, Göyçay, Yevlax, Balakən və paytaxtın Ramana qəsəbəsi də ilk dəfə Region Liqasında mübarizə aparacaq.

Turnirin yeni mövsümü oktyabrda start götürəcək.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilər üzrə Füzuli və Cəbrayıl komandaları Azərbaycan 2-ci Liqasında mübarizə aparır.