"Qarabağ" daha bir futbolçusu ilə müqaviləni uzatdı - FOTO

"Qarabağ" daha bir futbolçusu ilə müqaviləni uzatdı - FOTO

"Qarabağ" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi Nəriman Axundzadə ilə anlaşmanın müddətini 4 illik artırıb.

20 yaşlı hücumçu 2028-ci ilin iyununa qədər "köhlən atlılar"a məxsus olacaq.

Qeyd edək ki, Azərbaycan çempionu dünən Bəhlul Mustafazədə ilə müqaviləni də 3 illik uzadıb.