"Sumqayıt"dan 27 cavabsız qol - Şəfəq Nəsirova 11 dəfə fərqlənib

"Sumqayıt"dan 27 cavabsız qol - Şəfəq Nəsirova 11 dəfə fərqlənib

Qadın futbolçular arasında Yüksək Liqada 2023/2024-cü illər mövsümünə start verilib.

Mediasport.az xəbər verir ki, son çempion "Sumqayıt" doğma meydanda Ağcabədinin "Aran" kollektivini qəbul edib.

"Gənclik şəhəri" təmsilçisi rəqibini darmadağın edib - 27:0.

Sumqayıtlıların heyətində qolların 11-ni Şəfəq Nəsirova, 6-nı Nübar Eminova vurub.