"Neftçi" ilə vidalaşan İbrahimliyə AFFA-da yüksək vəzifə verildi!

"Neftçi" ilə vidalaşan İbrahimliyə AFFA-da yüksək vəzifə verildi!

"Neftçi"nin Kommunikasiya departamentinin direktoru Aysu İbrahimli paytaxt klubundan ayrılıb.

O, sosial şəbəkə hesabında bu barədə paylaşım edib.

Mediasport.az "ağ-qaralar"da ötən ilin iyulunda Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentində məsləhətçi vəzifəsində işə başlayan İbrahimli ilə bağlı maraqlı informasiya əldə edib.

Fəaliyyətini AFFA-da davam etdirəcəyi bilinən Aysu xanıma federasiyada yüksək vəzifə veriləcək.

Belə ki, əvvəllər Bakı Media Mərkəzində yaradıcı direktor kimi çalışmış A.İbrahimli AFFA prezidenti Rövşən Nəcəfin müşaviri vəzifəsinə təyin ediləcək.

Başqa sözlə, Azərbaycan futbolu ilə əlaqəli taleyüklü məsələlərdə Aysu xanım əsas söz sahiblərindən biri olacaq.

O, federasiyada yeni vəzifəsinin icrasına iyulun 1-də Marketinq departamentində başlayacaq.