"Qarabağ" güclü rəqibdir, bizi mövsümün ən uzaq səfəri gözləyir

"Qarabağ" güclü rəqibdir, bizi mövsümün ən uzaq səfəri gözləyir

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Gent”in baş məşqçisi Hayn Vanhazebruk qarşıdakı rəqib barədə açıqlama verib.

mediasport.az xəbər verir ki, Belçika mətbuatına danışan 58 yaşlı mütəxəssis potensial rəqiblərin hamısının eyni gücə malik olduğunu deyib:

- Kimə qarşı oynamağımızın mənim üçün fərqi yox idi. Çünki səkkiz potensial rəqibin hamısı bərabər səviyyədədir. "Qarabağ" çox güclü rəqibdir, həm də bizi mövsümün ən uzaq səfəri gözləyir. Uçuş üçün beş saatyarım vaxtımız var. Ona görə də biz adi cədvəl üzrə, matçdan bir gün əvvəl Bakıya yollanacağıq. Bu, bizim cədvəlimizə uyğundur".

Vanhazebruk komandasının durumu barədə bunları bildirib: "Qarabağ"la oyunlar fevralda keçiriləcəyi üçün hələ çox vaxt var. Son turda "Brügge" üzərində qazanılan qələbənin (2:0) ardından komandamız eyforiyaya qapılmayıb. Uşaqlar da yaxşı iş gördüklərini anlayaraq vəziyyəti real qiymətləndirirlər, lakin nəticə əldə etmək üçün bu istiqamətdə hərəkət etməyə davam etməliyik".