"Qarabağ" İspaniyaya yollandı

"Qarabağ" İspaniyaya yollandı

İyunun 22-dən Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu ölkədə hazırlığını başa vurub.

MediaSport.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün İspaniyanın Marbelya şəhərinə gedib.

Kurort zonasında 4 gün məskunlaşacaq Qurban Qurbanovun komandası iyulun 9-da Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Linkoln”la ilk matçı üçün Cəbəllüttariqə yollanacaq.

Qarşılaşma iyulun 11-də keçiriləcək.