"Qarabağ" - "Qalatasaray" oyununda toplanmış məbləğ açıqlandı - RƏSMİ

"Qarabağ" - "Qalatasaray" oyununda toplanmış məbləğ açıqlandı - RƏSMİ

Martın 26-da Bakı Olimpiya Stadionunda keçirilmiş "Qarabağ" - "Qalatasaray" xeyriyyə futbol matçından əldə olunan gəlir açıqlanıb.

mediasport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb:

Ümumilikdə 1.090.455 (bir milyon doxsan min dörd yüz əlli beş) AZN, təxminən 12.336.000 (on iki milyon üç yüz otuz altı min) TL olub. Bu gəlirlərdən bəziləri (Türkiyədə oyunun yayım hüququndan gələn və Türkiyədən verilmiş reklam gəlirləri) "Qalatasaray" tərəfindən açılmış yardım hesabına köçürüləcək.

Bütün gəlirlər qardaş ölkədə ilin əvvəlində baş vermiş dəhşətli zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.