"Qarabağ" son dəqiqələrdə qol vuraraq bizi “öldürdü” - CALO
"Qırmızı vərəqədən sonra “Qarabağ”dan üstün oynayaraq ən çətin olanı bacarıb matçı əlavə vaxta apardıq. Lakin rəqib son dəqiqələrdə qol vuraraq bizi “öldürdü”.
Mediasport.az xəbər verir ki, bu sözləri Portuqaliyanın "Braqa" klubunun vingeri Alvaro Calo deyib.
Komandasının ikinci qolunu vuran 25 yaşlı qvineya əsilli futbolçu UEFA Avropa Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində Bakıda "Qarabağ"la baş tutan matç (2:3) haqqında danışıb.
İspaniyalı qələbə qazanmaqlarına baxmayaraq, mərhələ adlaya bilmədiklərinə görə çox məyus olduqlarını bildirib:
"İkinci qolu qolu vuranda artıq vəziyyəti xeyrimizə dəyişəcəyimizi düşünürdüm. "Qarabağ" ilk qolunu vuranda da ümidimiz var idi və penaltidən fərqləndik. Amma rəqin son saniyələrdə qol vurdu...Futbolda belə şeylər olur. Bacardığımı etməyə çalışdım. Uğursuz nəticəyə görə çox kədərlənirəm".
Qeyd edək ki, Azərbaycan çempionu Bakıda məğlub olsa da, ötən həftə Portuqaliyada əldə etdiyi 4:2 hesablı qələbə sayəsində tarixində ilk dəfə 1/8 finala vəsiqə qazandı.
Qurban Qurbanovun komandası bu raundda Almaniyanın "Bayer" kollektivi ilə qarşılaşacaq.
İlk oyun martın 7-də Bakıda keçiriləcək.