Milli komandamız AÇ-2024-ün seçmə oyununu bu stadionda keçirəcək

Milli komandamız AÇ-2024-ün seçmə oyununu bu stadionda keçirəcək

Milli komandamızın AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində Avstriya ilə səfərdə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

mediasport.az xəbər verir ki, Avstriya - Azərbaycan qarşılaşması Linz şəhərindəki “Raiffeisen Arena”da təşkil olunacaq. Əvvəllər "Valdştadion" adlanan və yenidənqurmadan sonra arenanın azarkeş tutumu 19500 nəfərə çatdırılıb. İnşası 2022-ci ildə tamamlanmış stadionda "Lask" ev oyunlarını keçirir, əvvəllər 8 min tamaşaçı tutumuna malik idi.

Martın 24-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.