İtaliya klubu Mingəçevirdə "Kür"ü rahatlıqla "üzüb" keçib
Qadın həndbolçulardan ibarət "Kür" komandası Avropa Kubokunda cavab görüşünə çıxıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsi çərçivəsində İtaliyanın "Jomi Salerno" klubuna bu dəfə də ciddi müqavimət göstərə bilməyib.
Cavab matçı italyanların 36:19 hesablı qələbəsi ilə yekunlaşıb.
"Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutan dueldə nominal meydan sahibi İtaliya təmsilçisi olub. Bir gün əvvəl də qələbəyə (29:19) sevinən qonaqlar 1/16 final mərhələsinə yüksəliblər.