"Qarabağ"ın forvardı karyerasını Fransa Liqa 1-də davam etdirəcək
Avropanın bir çox klubunun diqqət mərkəzində olan “Qarabağ”ın futbolçusu Olavio Juninyo karyerasını Fransada davam etdirəcək.
Mediasport.az xəbər verir ki, 27 yaşlı braziliyalı forvard Liqa 1 təmsilçisi "Tuluza" klubu ilə razılaşıb.
Bu barədə məlumatı məşhur "Transfer Nabzı" paylaşıb.
Keçidin Fransa klubunun prezidenti, məşhur skaut Damyen Komollinin vasitəçilyi ilə reallaşdığı qeyd edilib.
Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
"Beşiktaş"ın da heyətinə qatmağa çalışdığı hücumçu Ağdam klubunda ötən ilin yayından forma geyinir.
Azərbaycana Portuqaliyanın "Şaviş" klubundan gəlmiş "sambaçı"nın "köhlən atlılar"la 2026-cı ilin yayınadək müqaviləsi var.