"Bavariya" və "Barsa" skautları "Qarabağ"ın matçlarını izləyəcəklər
Avropanın aparıcı klubları “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer" klubuna qarşı keçirəcəyi oyunları izləyəcəklər.
Mediasport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Dərginin yazır ki, dünya nəhənglərindən əsasən “Bavariya” və “Barselona” klubunun skautları Almaniya təmsilçisinin matçlarını diqqətdə saxlayırlar.
Əsad diqqət mərkəzində Leverkuzen klubunun 20 yaşlı istedadlı futbolçusu, ilin ən yaxşı gənc oyunçusu adını qazanmağa namizədlər sırasında yer almış yarımmüdafiəçi Florian Virts olacaq.
Həm münhenlilər, həm də katalonlar Almaniya yığmasının üzvünü transfer etməyə çalışırlar.
Ağdam təmsilçisinə əsas başağrısı yaradacaq futbolçulardan olacaq Virts bu mövsüm 10 oyun keçirib, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Qarabağ”la “Bayer" arasında duellər oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda baş tutacaq.