İsrail-Fələstin müharibəsində "Hapoel"in 2 üzvü öldürülüb
“Hapoel" (Təl-Əviv) basketbol klubu akademiyanın iki oyunçusunun HƏMAS terror qruplaşması tərəfindən öldürüldüyünü açıqlayıb.
Mediasport.az xəbər verir ki, klubun bununla bağlı bəyanat yayıb.
“Akademiyamızın 2 oyunçusunun – İftah Şalmon və Yonatan Kotzun HƏMAS-ın hücumu zamanı ailə üzvləri ilə birlikdə evlərində, yəni Qəzza şəhərində öldürüldüklərini açıqlayırıq. Hadisə şənbə günü baş verib” - deyə, açıqlamada qeyd olunub.
Qeyd edək ki, İsraillə Fələstin arasında davam edən müharibədə 2 gün öncə "Hapoel" (Təl-Əviv) futbol klubunun 43 yaşlı keçmiş futbolçu Lior Asuli də öldürülüb.