Ramil Şeydayev Çin klubunu davaya çağırıb: "Ünvanı göndərin"

Ramil Şeydayev Çin klubunu davaya çağırıb: "Ünvanı göndərin"

Azərbaycan millisi və Tailandın "Buriram Yunayted" klubunun üzvü Ramil Şeydayevin Asiya Çempionlar Liqasında "Zeyjnq"a qarşı matçdan sonra rəqib futbolçular tərəfindən zorakılığa məruz qaldığı barədə xəbər vermişdik.

Mediasport.az xəbər verir ki, oyundan sonra forvard Çin klubuna mesaj göndərib.

O instaqram hesabında paylaşım edib: "Mən hələ də burdayam, "Zeyjanq". Sadəcə, ünvanı göndər".

Qeyd edək ki, Çində baş tutan matç rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra hər iki klubun futbolçuları arasında kütləvi dava düşüb. Şeydayev də mübahisənin mərkəzində olub və zərbələrə məruz qalıb.