"Qarşıdakı vaxtlarda daha yaxşı Andrade görəcəksiz" - MÜSAHİBƏ

"Qarşıdakı vaxtlarda daha yaxşı Andrade görəcəksiz" - MÜSAHİBƏ

Yenidən “Qarabağ”ın uğurları üçün çalışacaq Patrik Andrade MediaSport.az saytına müsahibə verib.

Qayıdışınla bağlı fikirlərin maraqlıdır, hansı hissləri keçirirsən?

- Təbii ki, “Qarabağ”a dönüşümə görə şadam. Evimə, ailəmin yanına qayıtmışam. Bu, mənim üçün olduqca vacibdir. “Qarabağ”da olmağım məni sevindirir. Qarşıdakı matçlarda komandaya xeyir verməyə çalışacam.

Performansın haqda nə deyə bilərsən, nə qədər hazırsan, komandana nə qədər kömək edə bilərsən?

- Milli komandanın hazırlıq prosesindən gəlmişəm. Buraya yeni qayıtmışam. Qarşıdakı oyunlar üçün çalışıb tam hazır olacam. Ümid edirəm ki, “Qarabağ”ın növbəti matçlarına hazır olub komandama kömək edə biləcəm. Tam hazır olandan sonra məşqçilər korpusunun etimadığını maksimum doğrultmağa çalışacam.

Geriyə boylansaq, “Partizan”da keçirdiyin dönəm sənin üçün itirilmiş vaxt oldu, yoxsa yeni macəra?

- Təbii ki, “Partizan”da oynamaq bir təcrübə idi. Fərqli situasiya alınsa da, belə olduğunu düşünürəm. Hər zaman növbəti kluba keçmək üçün belə komandalarda oynamaq təcrübə olur. Mən də bir futbolçu kimi belə vəzİyyətlərə hazıram. "Partizan" karyeram müəyyən təcrübə oldu və indi də “Qarabağ”a geri qayıtdım.

Səncə, azarkeşlər “Qarabağ”da əvvəl oynamış Andradeni yenidən görə biləcəklər?

- Bunun üçün üzərimdə çox çalışıram. Ümid edirəm ki, bacaracağam. Komanda şəklində də daha yaxşı olmağa çalışacağıq. Günü-gündən çıxışlarımızı yaxşılaşdırırıq. Düşünürəm ki, qarşıdakı vaxtlarda daha yaxşı Andrade görəcəksiz.

“Linkoln”la görüşdə "Qarabağ" sanki daha asan və rahat qələbə qazandı.

- Əlbəttə ki, biz bu mərhələni keçmək istəyirdik. Şadam ki, bu, bizdə alındı. Yaxşı oynadıq və hər iki matçda layiq olduğumuz qələbələri qazandıq. Bakıdakı görüşdə də istədiyimiz kimi oynamağa çalışdıq və bacardıq. Növbəti mərhələyə keçdiyimizə görə sevinirəm.

Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağınız “Rakuv” haqqında nə deyə bilərsən?

- Rəqib olduqca yaxşı komandadır. Onlarla oyuna hazırlaşmaq üçün bir həftə vaxtımız var. Polşa klublarına qarşı oynamaq təcrübəsi toplamışam. “Rakov”la görüşə yaxşı hazırlaşıb meydana maksimum nəticə üçün çıxacağıq.

Elvin