"Qəbələ" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib!

"Qəbələ" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib!

Gənclər arasında UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununa çıxan “Qəbələ”nin U-19 komandası tarixi uğura imza atıb.

Mediasport.az xəbər verir ki, çempionlar yolunda mübarizə aparan Azərbaycan təmsilçisi Macarıstanda “Puşkaş Akademiya” klubuna qalib gəlib.

Daha əvvəl komandalar arasında Qəbələdə keçirilmiş matç bərabərliklə (1:1) yekunlaşdığından, mərhələni adlayan tərəf "Qəbələ" olub.

Famil Xəlilovun komandası növbəti mərhələdə "Leççe" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) duelinin güclüsü ilə üz-üzə gələcək. Bu komandaların ilk duelində yunanlar 3:1 hesablı qələbəyə seviniblər. Cavab matçı axşam saat 22:30-da başlanacaq.


UEFA Gənclər Liqası. Çempionlar yolu. I mərhələ. Cavab oyunu


18:00. “Puşkaş Akademiya” (Macarıstan) – “Qəbələ” (Azərbaycan) 0:1

Qol: Kənan Baxışov, 56.

İlk matç: 1:1